İnzibati qayda pozanda niyə cərimə olunuruq?


  • 3 Noyabr 2021 10:31

"İnzibati qayda pozanda niyə cərimə olunuruq, polis bizi görməyə bilər, yaxud özünü görməməzliyə vura bilər? Məqsəd nədir?"

İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

İnzibati tənbeh növləri hansılardır?

xəbərdarlıq;
inzibati cərimə;
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;
fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması;
ictimai işlər;
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma;
inzibati həbs.

Hüquqi şəxslər barəsində xəbardarlıq, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi.

Elşad Hacıyev

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru

Oxşar xəbərlər