Elektron qaydada məhkəməyə necə müraciət etmək olar?


  • 25 Mart 2022 15:17

Vətəndaşlar Elektron Məhkəmə portalında şəxsi kabinet yaratmaq məhkəmələrin Elektron sənəd mübadiləsində sərbəst iştirak edə bilərlər.

E-huquq.az xəbər verir ki, “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikası qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

Bunun üçün vətəndaş elektron imza və ya asan imzaya malik olmalıdır. Həmin imza vasitəsini əldə edən vətəndaş elektron Məhkəmə portalına daxil olmaqla müvafiq iddia ərizələrinin və apellyasiya şikayətlərinin (və yaxud digər ərizələrin) məhməməyə müvəfəqiyyətlə göndərilməsinə nail ola bilər.

Qeyd edək ki, hazırki qüvvədə olan qanunvericiliyə əsasən kommersiya mübahisələrinə dair məhkəməyə təqdim edilən iddia ərizələrinin və məhkəmə aktlarından verilən apellyasiya şikayətlərinin təqdim olunması yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

Oxşar xəbərlər