"Hakim elə fəaliyyət göstərməlidir ki, cəmiyyətin məhkəmələrə olan inamı daim artsın"


  • 15 Sentyabr 2021 15:00

"Gündüz Quliyev şərəfli ömür yolu keçib, hakim adını həmişə uca tutub".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev hakim Gündüz Quliyevin təqaüdə yola salınması münasibətilə keçirilən tədbir deyib.

Sədr bildirib ki, Ali Məhkəmənin sədri bildirib ki, hakim müstəqil və ədalətli olmalıdır, şəffaf fəaliyyət göstərməlidir. Elə fəaliyyət göstərməlidir ki, cəmiyyətin məhkəmələrə olan inamı daim artsın.

Tədbirdə çıxış edənlər təqaüdə yola salınan hakim Gündüz Quliyevə uzun müddət ədalət mühakiməsini yüksək səviyyədə həyata keçirdiyinə görə təşəkkür edərək, ona mənalı istirahət arzulayıblar.

Oxşar xəbərlər