Ədliyyə Nazirliyi “Elektron məhkəmə” sistemi ilə bağlı məlumat yaydı


  • 4 Avqust 2022 17:59

Ədliyyə Nazirliyi elektron informasiya sistemlərinin yeni data mərkəzinə köçürülməsi ilə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, məlumatda deyilir:

"Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlər həyata keçiriləcək.

Həmin işlərin birinci mərhələsi çərçivəsində 5 avqust (iş saatlarından sonra) və qeyri-iş günləri olan 6 və 7 avqust tarixlərində “Elektron məhkəmə”, “Elektron icra” və “E-qanun” informasiya sistemlərinin fəaliyyətində dayanmalar gözlənilir. Sistemlərin digər dayanma tarixləri barədə əlavə məlumat veriləcək. Nəzərə alınması xahiş olunur".

Oxşar xəbərlər