AQTİ məhkəməyə verildi


  • 25 Yanvar 2023 17:27

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsi məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, iddiaçı Nailə Mahmudova işdən qanunsuz çıxarıldığını bildirərək, işə bərpa edilməsini və əmək haqqının ödənilməsini istəyib. Birinci instansiya məhkəməsi N.Mahmudovanın iddiasını təmin etməyib. Bundan sonra o, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Xəyal Sarıyevin sədrliyi ilə baxılacaq.

Eltac Nurullazadə

Oxşar xəbərlər