Nişanlısını öldürməkdə ittiham olunan şəxsin ibtidai istintaqı başa çatdı


  • 30 Mart 2023 13:03

Abşeronda nişanlısını öldürməkdə təqsirləndirilən Murad Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 7-nə təyin olunub.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Murad Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirərək nişanlısı 2006-cı il təvəllüdlü Həsrət Rəcəbovanı qəsdən öldürməkdə təqsirləndirliir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə

Oxşar xəbərlər