Lənkəranda tamah məqsədilə qadını öldürən şəxsin məhkəməsi başlayır


  • 31 May 2023 17:54

Lənkəranda adam öldüməkdə təqsirləndirilən Əminağa Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplnanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim İslam Neymanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtə hələlik məlum deyil.

Qeyd edək ki, fevralın 17-də Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub. İlkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5 000 manat pul və qızıl zinət əşyaları talanıb. Cinayəti törətməkdə şübhəli bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutularaq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madədsi üzrə ititham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər