"VOLT Azərbaycan" barəsində inzibati protokol tərtib olundu


  • 21 Noyabr 2023 17:12

"VOLT Azərbaycan" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Protokola hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunarsa, "VOLT Azərbaycan" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər