- 17:48
Xətai Rayon Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Samir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Vəliyevin təqsiri sübuta yetirilmədiyindən məhkəmə ona bəraət verib.
Qeyd edək ki, ittihama görə, 1988-ci il təvəllüdlü S.Vəliyev 2022-ci ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu ərazisində binanın həyətində olan konteynerin qapısında olan dəmir qıfılı qırmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olub. Oradan 1 ədəd 120 manat dəyərində su qızdırıcını, 140 manat dəyərində kafeli, 1 ədəd 700 manat dəyərində kombi aparatını gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 960 manat ziyan vurmaqla oğurluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə