Bakıda avtomobildən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 20 Fevral 16:57

Bakıda avtomobildən oğurluq etməkdə təqsirləndirilən Mahir Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq icladının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, “Mercedes” markalı bir avtomobilin salonunda olan çantadan 3100 dollar, 1500 lirə və 400 lari oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Mahir Ağayev Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər