Bakıda 3 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı məhkəmə başlayır


  • 20 Fevral 17:36

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ruslan Hüseynovun cinayət işi üzrə ibtidai istintaq baş çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fəxri Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, zəncirvari yol qəzası paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş verib. Hadisə zamanı 3 nəfər - “Toyota Prius” markalı maşının sürücüsü Arzu Nəqiyev, sərnişin Cavanşir Sayidov və “Mercedes” markalı maşının sürücüsü Teymur Məmmədtağıyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. “Toyota Prius” markalı maşında olan digər sərnişin Könül Muradova isə kəllə-beyin sirkələnməsi xəsarəti ilə xəstəxanaya yerləşdirilib. R.Hüseynova qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər