Şəmkirdə azyaşlının ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır


  • 21 Fevral 17:36

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əvəz Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına iş üzrə toplanmıış materiallar baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.

Hakim Taleh Musayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 4-nə təyin olunub.

Qeyd edək ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində baş verib. Əvəz Mustafayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən 2018-ci il təvəllüdlü Sahil Məmmədovu vurub. 5 yaşlı piyada hadisə yerində həyatını itirib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər