Qaradağda 106 min manatlıq oğurluq etməkdə təqsirləndirilən şəxlər hakim qarşısına çıxarılır


  • 22 Aprel 18:27

Qaradağda anbardan oğurluq etməkdə təqsirləndirilən Riyad Fərəcov, Rüfət Həsənov, Şahbaz Quliyev, və Azər Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Rzayev, Riyad Fərəcov və Rüfət Həsənov Qaradağda yerləşən anbarlardan birindən 106 min manatlıq noutbuk və kompüter avadanlıqları oğurlamaqda təqsirləndirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər