Ölümlə nəticələnən qəza törətmiş sürücünün istintaqı başa çatdı


  • 24 Aprel 16:42

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Xəyal Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mikayıl Məmmədzadənin sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, qəza rayonun Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində qeydə alınıb. "Lada Priora" markalı avtomobilin sürücüsü Xəyal Məhərrəmov yolu keçmək isdəyən orta yaşlı qadını vurub. Nəticədə Mehparə Qurbanova aldığı müxtəlif bədən xəsarətlərindən yerində dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər