- 11 Fevral 17:38
Şəmkirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elşən Mahmudlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.
Hakim Taleh Musayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 7-nə təyin olunub.
Qeyd edək ki, hadisə Şəmkir rayon Yeniabad kənd ərazisində baş verib. Belə ki, "Ford" və "Lada" markalı avtomobillərin toqquşması nəticəsində "Lada"nın sürücüsü, 2003-cü il təvəllüdlü Kənan Yusibov ölüb, 2007-ci il təvəllüdlü Məhəmməd Hümbətov isə xəsarət alıb. "Ford" markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Elşən Mahmudlu da müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. E-Mahmudluya qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə