- 20:35
"Akrali Metal" şirkətinin 55 min 250 manat pulunu mənimsəməkdə təqsirləndirilən Bahar Abışovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Prokuror Fariz Rzayev məhkəmədən təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyunun 5-nə təyin edilib.
Qeyd edək ki, həmin şirkətdə mühasib işləyən Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu