- 12:19
Xırdalanda arvadını qətlə yetirməkdə təqsirləndirilən Laçın Əhmədağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elçin Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1974-cü il təvəllüdlü Laçın Əhmədağayev yaşadıqları evdə arvadı 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək onu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə