- 9 Oktyabr 18:17
Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Niyaməddin İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə rayonun Qırağlı kəndində baş verib. 48 yaşlı İsgəndərov Niyaməddin Aslan oğlu idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun hərəkət hissəsində sərxoş halda uzanan Əliyev Ədalət Bəykişi oğlunun başından keçib. Nəticədə yaralı xəstəxanada ölüb.
Şəbnəm Mehdizadə