“Dövlət rüsumu haqqında” qanuna hansı dəyişiklik edilir?


  • 13 Oktyabr 2021 14:00

Xəbər verdiyimiz kimi, Milli Məclisin 15 oktyabrda keçiriləcək plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılacaq.

E-huquq.az-ın məlumatına görə, dəyişikliyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovkoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxsiyyət şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə də dövlət rüsumu tutulmayacaq.

Oxşar xəbərlər