Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edildi


  • 28 İyul 2023 12:19

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə Fərmanın 1-ci hissəsinin “İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” və “Tahir Salahov – Xalq rəssamı” abzasları ləğv edilib.

Oxşar xəbərlər