Azərbaycanda BOKT-lara kredit kartı buraxmaq səlahiyyəti verildi


  • 31 İyul 2023 12:35

Prezident İlham Əliyev “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

E-huquq.az xəbər verir ki, yenilənmiş qanunla BOKT-lara kredit kartı buraxmaq səlahiyyəti verilib.

Azərbaycan Mərkəzi Bankı ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydasını 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.

Oxşar xəbərlər