Monteneqro Azərbaycanla Ermənistan arasındakı sülhü hər iki ölkənin siyasi qələbəsi kimi qiymətləndirir


  • 19:36

Monteneqro Azərbaycanla Ermənistan arasındakı sülhü hər iki ölkənin siyasi qələbəsi kimi qiymətləndirir.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin Parlament Sədrlərinin 1-ci Sammiti çərçivəsində Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşündə qeyd olunub.

Sahibə Qafarova Parlament Assambleyasının parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm platforma olduğunu və 1-ci Sammitin dost ölkə Monteneqroda uğurla təşkil edildiyini bildirib.

Tərəflər Azərbaycan–Monteneqro münasibətlərinin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun və parlamentlərarası təmasların mühüm rolunu qeyd edərək, əməkdaşlığın həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Görüş zamanı Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh prosesi barədə də qarşı tərəfi məlumatlandırıb.

Öz növbəsində, Monteneqro tərəfi regionda sülhün bərqərar olunmasını hər iki ölkə üçün siyasi qələbə kimi qiymətləndirdiklərini və bu prosesi dəstəklədiklərini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər