QH Parlament Şəbəkəsi ilə Aralıq Dənizi PA arasında Anlaşma Memorandumu imzalandı - FOTO


  • 21:09

Milli Məclisin sədri Sahibə Qafarovanın Monteneqroya işgüzar səfəri çərçivəsində Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası (PA) arasında Anlaşma Memorandumu imzalanıb.

Milli Məclisdən e-huquq.az-a verilən məlumata görə, Memorandumu Milli Məclisin və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Aralıq Dənizi Parlament Assambleyasının prezidenti Culio Çentemero imzalayıblar.

Qeyd olunub ki, bu sənəd tərəflər arasında daha geniş əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək.

Oxşar xəbərlər