- 6 İyul 19:27
Azərbaycanın deputatları Haaqa meri Yan van Zanenlə görüşüblər.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Məmməd Əhmədzadə "X" sosial şəbəkə hesabında yazıb.
"Haaqa meri Yan van Zanenlə görüşmək həmişə böyük məmnuniyyətdir və mən ATƏT PA-nın İllik Sessiyası münasibətilə Haaqa Şəhər Meriyasında təşkil olunmuş ziyafət zamanı Azərbaycan parlament nümayəndə heyətinə göstərilən səmimi qəbula görə ona minnətdaram", - o bildirib.
Xatırladaq ki, Azərbaycanın deputatları Qaya Məmmədov, Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev ATƏT Parlament Assambleyasının (PA) illik sessiyasına qatılıblar.