- 9 Oktyabr 21:39
"Nədənsə diplomatik nümayəndəliklərimizə qarşı hücumlar Ermənistanın “bacılarının” ölkəsində artıq trendə çevrilir. Bu terror aktının arxasında kimlərin olduğu və kimin buna şərait yaratdığı gün kimi aydındır".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı danışarkən deyib.
O bildirib ki, diplomatlara qarşı terror aktları törətmək xüsusilə ASALA erməni terror təşkilatına xas xüsusiyyət olub.
"Əminəm ki, bu terroru törədənlər gec-tez cəzalandırılacaq. Lakin, bu terroru pərdəarxasında təşkil edənlər və ya buna şərait yaradanlar açıq şəkildə ifşa edilməlidir, erməni ya iranlı, kim olur olsun! Tehrandakı diplomatik nümayəndəliyimizə qarşı törədilən terror aktı zamanı qəhrəmanlıq göstərərək həyatını itirən vətəndaşımızın ailəsinə baş sağlığı verirəm!" - deyə deputat qeyd edib.
Xəyalə Bünyatova