Evdə müalicə alan COVID-19 xəstələrinə lazımi dərmanlar niyə verilmir? - RƏSMİ AÇIQLAMA


  • 3 Dekabr 2020 15:13

Ev şəraitində müalicə alan koronavirus xəstələri bir neçə sahə poliklinikalarından lazımi dərman preparatlarının onlara verilməməsindən şikayət edirlər. E-huquq.az-ın redaksiyasına müraciət edən vətəndaşlar poliklinikalarda dərman çatışmazlığı olduğunu qeyd edirlər.

Məsələ ilə bağlı e-huquq.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, şikayətlər əsassızdır. Belə ki, poliklinikalara lazımi qədər dərman preparatları verilib:

"Test nəticəsi müsbət olduğu təqdirdə, həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar: "Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur: Sahə həkimləri COVİD-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər".

Sevgül Qasımzadə

Oxşar xəbərlər

  • 15 Aprel 12:22
Sabahın hava proqnozu