9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb


  • 12:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-sentyabr aylarında proqnozla müqayisədə 5 faiz və ya 279 milyon manat çox olmaqla 6 milyard 370 milyon manat təşkil edib.

ƏƏSMN-dən e-huquq.az-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 280 milyon manat artaraq 5 milyard 73 milyon manat olub.

Qeyd edilib ki, cari ilin 9 ayında DSMF-nin xərcləri isə 6 milyard 189 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 561 milyon manat çoxdur.

Oxşar xəbərlər