"Azəriqaz"ın “Açıq mikrofon”u Qubada quruldu - FOTO


  • 29 Sentyabr 2022 21:21

“Səyyar qəbul otağı”nın Qubada baş tutan aksiyasında ümumilikdə 19 müraciət ünvanlanıb.

E-huquq.az xəbər verir ki, bunlardan 8-i kəndilərin qazlaşdırılmasını özündə əks etdirib.

Abonentlərdən Cəlal Məmmədov qaz xəttinin yerinin dəyişdirilməsini, Nazim Məmmədov isə fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib.

Aksiyada ünvanlanan müraciətlər Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.

Oxşar xəbərlər