Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsi ləğv edildi


  • 19 May 14:27

Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsi ləğv edilib.

E-huquq.az-ın məlumatına görə, şöbənin adı president.az saytında “Struktur” bölməsindən çıxarılıb.

Hazırda administrasiyada hüquq və hüquq-mühafizə orqanları ilə bağlı Hüquq mühafizə orqanları ilə iş şöbəsi və Qanunvericilik və hüquq siyasəti şöbəsi fəaliyyət göstərir.

Qeyd edək ki, ləğv edilən şöbənin müdiri Şahin Əliyev bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Oxşar xəbərlər