"Yelo Bank"dan 100 000 manata qədər mikro kredit


  • 24 İyun 09:43

Kiçik biznesinizi böyütmək üçün maliyyə dəstəyinə ehtiyacınız var? “Öncə müştəri” prinsipi ilə çalışan "Yelo Bank" ASC bunun üçün parlaq həllər təklif edir!

Bank şəxsi biznesini qurmaq və yaxud genişləndirmək istəyənlərə 100 000 manata qədər mikro kreditlər təklif edir. Kreditin maksimal müddəti 36 ay, güzəşt müddəti isə 12 aydır. Mikro krediti "Yelo Bank"dan əldə etmək üçün sizin başqa səbəbləriniz də olacaq. Belə ki, mikro kredit götürmək istəyən sahibkarlardan sığorta, yaxud hesabın açılması kimi xərclər çıxılmır, kreditin rəsmiləşdirilməsi zamanı şərti girov və yaxud evə baxış da tələb olunmur. Üstəlik sənədləşmə, qərarın verilməsi prosesi də sürətlidir.

"Yelo Bank" həmçinin mikro biznes sahiblərinə kreditlərin karta köçürülməsi imkanını da yaradıb. Xidmətdən istifadə etmək üçün yalnız bir dəfə banka yaxınlaşaraq kart almağınız və krediti rəsmiləşdirməyiniz kifayətdir. Növbəti dəfələrdə kredit vəsaiti birbaşa kart hesabına köçürülür. Bu biznes kartı pulsuzdur.

"Yelo Bank"dan mikro kredit pul ehtiyacınızı qarşılamağa kömək edəcək. Təklif sizə sərfəli gəlir? O zaman vaxt itirmədən onlayn sifariş edin: https://bit.ly/ylltc

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və yaxud Whatsapp hesablarımıza yazın.

"Yelo Bank" – Parlaq bankçılıq!

Oxşar xəbərlər