Türkiyə Prezidenti taxıl müqaviləsinin uğurla həyata keçirildiyini açıqladı


  • 18 Avqust 2022 23:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin uğurla həyata keçirildiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, dövlət başçısı bunu Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antoniu Quterreşin iştirakı ilə keçirilən üçtərəfli danışıqların yekunlarına əsasən deyib.

“Qara dəniz boyu taxılın beynəlxalq bazarlara təhlükəsiz ixracı ilə bağlı İstanbul sazişi təkcə Ukraynada deyil, bütün dünyada müsbət təsir göstərir”, - Ərdoğan deyib.

O, Ukraynada münaqişənin nizamlanmasını nəzərə alaraq, ümid etdiyini bildirib ki, “məhsul sazişi”nin həyata keçirilməsinin uğuru sabit sülhün təmin edilməsi üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi daha əvvəl Ukraynadan 622 min tondan çox taxıl daşındığını bildirib.

Oxşar xəbərlər