"Azəriqaz": Qızdırıcı cihazların yeri düzgün seçilməyəndə otaqların eyni səviyyədə isidilməsi çətin olur - VİDEO


  • 25 Yanvar 2023 17:40

Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abonentlər istiliklə bağlı müəyyən problemlər yaşayır.

Bu barədə e-huquq.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu baxımdan fərdi yaşayış evləri tikilərkən və ya qızdırıcı cihazlar alınarkən diqqət olunası vacib məqamlar mütləq nəzərə alınmalıdır.

"Tövsiyə olunur ki, qızdırıcılar alınarkən və quraşdırılarkən mütləq mütəxxəsislərə müraciət etmək lazımdır. Eyni zamanda qaydalar sübut edir ki, fərdi yaşayış evlərində qızdırıcı cihazların yeri düzgün seçilməyəndə otaqların eyni səviyyədə isidilməsinə nail olmaq çətin olur", - deyə məlumatda qeyd olunub.

Bu və digər maraqlı məqamları bilmək üçün aşağıdakı videonu izləyə bilərsiniz:

Oxşar xəbərlər