"Azəriqaz" sahibkarlarla növbəti görüşü Şabranda keçirəcək


  • 25 Sentyabr 18:05

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şabran rayonunda görüşü təşkil olunacaq.

"Azəriqaz"dan e-huquq.az-a verilən məlumata görə, aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

"Səyyar qəbul otağı" sentyabrın 27-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Oxşar xəbərlər