Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət etdi


  • 21 İyun 12:16

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya işini yekunlaşdırıb.

E-huquq.az xəbərinə görə, müraciət mətnini deputat Tahir Rzayev oxuyub.

Sonda Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib.

Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Oxşar xəbərlər