- 00:11
Alimlərin fikrincə, süni intellektlə işləyən mesajlaşma botları ictimai təhlükəsizliyə ciddi təhlükə yaradır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırmada süni intellekt modellərinin asanlıqla manipulyasiya edilə və qeyri-qanuni məzmun istehsal edə bildiyi müəyyən edilib.
Alimlər bildiriblər ki, botların təhlükəsizlik sərhədləri xüsusi üsullarla pozulur, bununla da istifadəçi sorğularına qeyri-etik cavablar verilir.
Bəzi botlar hələ də kibercinayətkarlıq, çirkli pulların yuyulması, narkotik vasitələrin istehsalı və bomba istehsalı kimi qeyri-qanuni mövzular haqqında məlumatları özündə ehtiva edir.
Bildirilir ki, bəzi süni intellekt proqramları müxtəlif cinayətlərin addım-addım necə ediləcəyinə dair məlumatları asanlıqla paylaşa bilir.
Tədqiqatçı alim Lior Rokach təhlükənin ciddiliyini vurğulayaraq bildirib ki, əvvəllər yalnız siyasi xadimlər və ya mütəşəkkil cinayət qrupları üçün əlçatan olan məlumatları indi noutbuk və ya mobil telefonu olan hər kəs əldə edə bilir.
Araşdırmada süni intellekt proqramlarının kibercinayət və fırıldaqçılıq kimi qeyri-qanuni fəaliyyətlərdə istifadəyə açıq olduğu vurğulanıb.
Mütəxəssislərin fikrincə, texnologiya şirkətləri zərərli məzmunu bloklamaq üçün güclü sistem qurmalı və sistemlərdən qeyri-qanuni məlumatları “silmək” üçün yeni texnikalar hazırlamalıdırlar.
Şəbnəm Mehdizadə