Ermənistan prezidenti istefaya getdi


  • 23 Yanvar 2022 20:36

Ermənistan prezidenti Armen Sarkisyan istefaya gedib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Ermənistan prezidentinin saytında yerləşdirilən açıqlamada deyilir.

O, istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib.

Sarkisyan qeyd edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur.

Onun sözlərinə görə, Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil. O əlavə edib ki, o, konstitusiya islahatlarının aparılmasını təklif edib, bunun mənası qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sisteminin yaradılmasıdır.

“Mən şadam ki, Konstitusiya islahatları komissiyası yaradılıb və buna görə hökumətə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sonda konstitusiya dəyişiklikləri baş verəcək və növbəti prezident və prezident institutu daha balanslı və koordinasiyalı mühitdə işləyə biləcək” - Sarkisyan bildirib.

Oxşar xəbərlər