Ukrayna Rusiyanın müharibədəki itkilərinin sayını açıqladı


  • 13 May 2022 12:17

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 26 900 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 205 ədəd tankı, 2 900 ədəd zirehli döyüş maşını, 542 ədəd artilleriya sistemi, 193 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 88 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 162 ədəd helikopteri, 95 qanadlı raket, 2 042 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 405 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.

Oxşar xəbərlər