Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqladı


  • 24 May 22:28

Ukrayna yalnız bütün tutulan ərazilərini qaytardıqdan sonra Rusiya ilə danışıqlara qayıdacaq.

E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK nəşrinə müsahibəsində deyib.

"Biz bütün ərazimizi qaytarmalıyıq, lakin bunun əvəzini ödəməliyik. Biz onu fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Sonra danışıqlar masasına oturacağıq", - Zelenski əlavə edib.

Zelenski Krımın və Donbasın Ukraynaya məxsus olduğunu qeyd edib, lakin o, indi əsas vəzifəni 3 ay ərzində ələ keçirilən rayonların azad edilməsində görür.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın tutduğu bütün torpaqları geri qaytarmağa qadirdir.

Oxşar xəbərlər

  • 26 İyun 12:52
Sergey Şoyqu Ukraynada