Almaniyada COVID-19 vaksininin yan təsirlərinə görə 253 nəfərə təzminat ödəniləcək


  • 30 Yanvar 2023 15:38

Almaniyada koronavirus əleyhinə vaksinin yan təsirlərinə görə 253 nəfərə təzminat veriləcək.

E-huquq.az “Welt am Sonntag” nəşrinə istinadən xəbər verir ki, vaksinin yan təsirləri ilə bağlı ümumilikdə 3 mindən çox şikayət araşdırılıb.

Əhalinin sayına görə ən böyük əyalət olan Bavariyada 61, Şimali Reyn-Vestfaliyada isə 38 nəfərin şikayətinin əsaslı olduğu müəyyən edilib. Bildirilib ki, hazırda 3968 ərizəsi icraata götürülüb.

Qeyd edək ki, Almaniyanın Robert Koç İnstitutunun məlumatlarına görə, 2023-cü il yanvarın 1-dək 192 milyon koronavirus peyvəndi tətbiq edilib. 65 milyon insan ən azı 1 doza peyvənd qəbul edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər