Ankarada küçələri su basdı, maşınlar suyun altında qaldı


  • 25 May 2023 19:02

Türkiyənin paytaxtı Ankarada güclü yağış bir sıra fəsadlar törədib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, günorta saatlarında başlayan leysan nəticəsində bir çox küçələri su basıb.

Bəzi yollarda avtomobillər su altında qalıb. Həmçinin piyadaların hərəkətində çətinliklər yaranıb.

Hazırda küçələrdən suyun çəkilməsi və yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər