Reznikov Ukraynaya ən çox hərbi yardım göndərən ölkənin adını açıqladı


  • 29 May 2023 11:15

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov NATO xaricində Ukraynaya ən çox hərbi yardım göstərən ölkənin adını açıqlayıb.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, onun sözlərinə görə, genişmiqyaslı müharibənin ilk aylarında Avstraliya NATO üzvü olmayan ölkələr arasında Ukrayna üçün ən böyük silah “donoru” olub.

""Bushmaster"lər (zirehli hərbi nəqliyyat vasitəsi) real döyüş əməliyyatlarında inanılmaz idi", - nazir"Twitter" səhifəsində qeyd edib.

Bununla belə, Reznikov qeyd edib ki, müharibə hələ bitməyib və Kiyevin yeni yardımlara ehtiyacı var. Xüsusilə, o, Avstraliyanı tank koalisiyasına qoşulmağa çağırıb, həmçinin başqa tipli zirehli transportyorların olmasını istəyib.

"Tanklardan əlavə, "Hawkies"ləri qəbul etməkdən şərəf duyarıq. Onlar əks-hücum zamanı qoşunlarımız üçün əvəzolunmaz olduğunu sübut edə bilərdilər", - Reznikov deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər