Kanadada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi


  • 30 May 2023 10:15

Kanadanın Yeni Şotlandiya əyalətinin Halifax şəhərində meşə yanğınları ilə əlaqədar bir həftəlik fövqəladə vəziyyət elan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın qısa zaman ərzində yaşayış məntəqələrinə çatdığına görə sakinlər təxliyyə edilib. İlk təxliyyələrin aparıldığı Westwood Hillsdə 10 ev dağıdılıb.

Halifax Bələdiyyəsi sakinləri hava şəraiti yaxşılaşana qədər pəncərə və qapıları bağlamağa və evdə qalmağa çağırıb.

Yerli icra orqanlarından verilən açıqlamada bildirilib ki, təcili tibbi yardım qrupları və yanğınsöndürənlər bütün gün ərzində yanğını söndürməyə çalışıb.

Kanadanın qərbindəki Alberta ştatında isə mayın 5-də başlayan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib və minlərlə hektar ərazi külə dönüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər