Belçikada meşə yanğınında 170 hektar əraziyə ziyan dəyib


  • 30 May 2023 13:36

Belçikanın şərqindəki Faqnes bölgəsindəki meşəlik ərazidə yanğın baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yanğının söndürülməsinə 130 yanğınsöndürən cəlb olunub. Prosesə alman yanğınsöndürənlərin də dəstək verdiyi bildirilib.

Belçikanın Valon Bölgəsinin Meşə və Su İdarəsi yanğının insan tərəfindən törədildiyi bildirilib. Əraziyə girişin qadağan edildiyi, yanğından zərər çəkmiş bəzi məntəqələrə çatmaq üçün helikopterlərə ehtiyac olduğu vurğulanıb.

Qeyd edək ki, təxminən iki həftədir yağış yağmayan Belçikanın şimalındakı Antverpen və Limburqda yanğın təhlükəsinə qarşı sarı xəbərdarlıq elan edilib. Ölkə ərazisində havanın ən azı daha bir həftə günəşli və quraq keçəcəyi gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər