Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 2 nəfər saxlanılıb


  • 11 Dekabr 2023 13:22

Ötən həftə Türkiyənin Van şəhərində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Van Polis İdarəsi məlumat yayıb.

Məlumata görə, Terrorla Mübarizə Şöbəsi qrupları tərəfindən 4-10 dekabr tarixləri arasında həyata keçirilən əməliyyatlar zamanı terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər