Haitidə mikroavtobusa silahlı hücum nəticəsində 10 nəfər ölüb


  • 20 Fevral 10:56

Haitidə mikroavtobusa silahlı hücum nəticəsində 10 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, paytaxt Port-au-Prinsdə polis idarəsi yaxınlığında bir qrup şəxs mikroavtobusa silahlı hücum edib.

Hadisə şahidlərinin sözlərinə görə, dəstənin dur xəbərdarlığına tabe olmayan mikroavtobusa silahla atəş açılıb.

Hadisəni "400 Mwozo" adlı qruplaşmanın törətdiyi ehtimal olunur.

Polis hadisə ilə bağlı genişmiqyaslı araşdırma aprır.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Haiti İnteqrasiya Ofisinin 2 Fevralda hazırladığı hesabatda 2023-cü ilin son 3 ayında Haitidə 2300-dən çox adamın öldürüldüyü, yaralandığı və ya qaçırıldığı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər