Türkiyədə oteldə yanğın olub, 6 nəfər xəsarət alıb


  • 12 İyun 14:40

Türkiyənin Afyonkarahisar şəhərində oteldə yanğın olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında Afyonkarahisar-İzmir avtomobil yolunda yerləşən termal otelin damında naməlum səbəbdən yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

Oteldə olan qonaqlar və işçilər təxliyə edilib. Hadisə nəticəsində 6 nəfər tüstüdən zəhərlənib.

Yanğın təxminən 2 saat davam edən əməliyyat tədbirləri nəticəsində söndürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər