Türkiyədə güclü zəlzələ oldu


  • 11 İyul 12:24

Türkiyənin Afyonkarahisar şəhərində 4,4 bal gücündə zəlzələ olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 06.24-də, yerin 6,99 kilometr dərinliyində baş verib.

Zəlzələ Afyonkarahisarın mərkəzi və ətraf rayonlarında da hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər