Gəncədə avtomobil 52 yaşlı qadını vuraraq öldürdü


  • 10 May 22:30

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki,, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Lətifə İsmayılovanı vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Oxşar xəbərlər