Prokurorluq Xaçmazda baş verən qətllə bağlı məlumat yaydı


  • 30 İyul 13:23

Prokurorluq Xaçmaz rayonunda baş verən qətllə bağlı məlumat yayıb.

Xaçmaz rayon prokurorluğundan e-huquq.az-a verilən məlumata görə, İyulun 30-u səhər saatlarında Xaçmaz rayon sakini Könul Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Mübariz Mirzəbəyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Könul Bayramovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mübariz Mirzəbəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Oxşar xəbərlər