Daşkəsəndə gənc və yeniyetmə dumanlı havada itkin düşdü


  • 1 Avqust 2021 10:53

Daşkəsən rayonunda 2 nəfər itkin düşüb.

E-huquq.az xəbər verir ki, rayonun Alıxançallı kənd sakini, 2010-cu il təvəllüdlü İsmət Bayramov və həmkəndlisi, 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyul ayının 30-da həmin kənd ərazisində at gətirmək adı ilə evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Onların dumanlı havada azmaları ehtimal olunur.

Hazırda hər iki şəxsin axtarışları davam etdirilir.

Mənbə: Report

Oxşar xəbərlər